Türk alim AzTU-nun prorektoru vəzifəsindən istefa verdi

Cəmiyyət

Azərbaycan Texniki Universitetinin (AzTU) prorektoru işdən çıxıb. 

Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Çetin Elmas AzTU-nun Elm və innovasiya üzrə prorektoru vəzifəsindən azad olunub. 

Onun yerinə 2018-2022-ci illərdə AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində çalışmış Sübhan Nadir oğlu Namazov təyin edilib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, süni intellekt üzrə dünya şöhrətli alim Çetin Elmas AzTU-nun Elm və innovasiya üzrə prorektoru vəzifəsindən istefa verib. Bunun səbəbi isə AzTU-da onun bir il ərzində nəzərdə tutduğu layihələrinin düzgün icra olunmamasıdır. Məhz bu səbəbdən ayın 1-də dünya şöhrətli alim universitetlə müqaviləsinin müddətini artırmayıb.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir