Kuleba: “Rusiya bütün gücü ilə Ukraynanın silah tədarükünü pozmağa çalışır”

Dünya

“Rusiya Federasiyası bütün gücü ilə o cümlədən dezinformasiya kampaniyalarından da istifadə etməklə Ukraynaya silah tədarükünü pozmağa çalışır”.

Bu sözləri Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.

“Rusiya silah tədarükünün Ukrayna üçün vacib olduğunu bilir və onu məhv etmək üçün bütün səylərini səfərbər edir. Moskva xarici media və siyasətçilərə qarşı genişmiqyaslı informasiya kampaniyası hazırlayıb. Onların trol fabriki electron məktublar vasitəsilə spam edə və Ukrayna haqqında dezinformasiya xarakterli şərhlər yaza bilərlər”, – deyə D.Kuleba bildirib.

Mənbə: Pravda

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir