Rusiya Avropa Şurasından rəsmən çıxarıldı

Dünya

Rusiyanın Avropa Şurasındakı üzvlüyü bu gündən etibarən rəsmi olaraq dayandırılıb.

Ölkənin üçrəngli bayrağı Avropa Şurasının bayraqlar xiyabanından çıxarılıb.

Qeyd edək ki, Rusiya 26 il təşkilatın üzvü olub. Ukrayna ilə müharibə başlayandan sonra Rusiya Avropa Şurasından və Avropa İnsan Haqları Konvensiyasından çıxdığını bəyan edib.

Buna baxmayaraq, rəsmi Moskva AİHM-in qərarlarına Konstitusiyaya zidd olmadığı təqdirdə əməl edəcəyini vəd edib.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir