
Gəncədə sürücü sükan arxasında dünyasını dəyişib.
Patrul.az Report.az-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
“Kia” markalı avtomobilin sürücüsü idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi maneəyə çırpılıb. Məlum olub ki, təxminən 45-50 yaşlı sürücü sükan arxasında ürək tutmasından vəfat edib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.
102info.az
