Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcəklər

Hərbi

Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcəklər.

Bu, Prezident İlham Əliyevin “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklikləri imzalaması ilə mümkün olub.

Dəyişikliyə əsasən, hərbi qulluqçular xidmət keçdikləri dövlət orqanları və onların strukturuna daxil olan qurumlar tərəfindən şəxsi jetonla təmin ediləcəklər. Bununla əlaqədar qanunvericiliyə “şəxsi jeton” anlayışı və onun istifadə qaydaları əlavə edilib.

Mövzu ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov Patrul.az-a bildirib ki, şəxsi jeton praktikası Azərbaycan Silahlı Qüvvələrində yeni deyil və əvvəllər də mövcud olub.

media-04036940-c9b0-497d-bdd5-0ebb09485566

Onun sözlərinə görə, qanunvericiliyə edilən son dəyişikliklə bu məsələ daha konkret şəkildə tənzimlənir və tətbiqi məcburi xarakter alır.

“Şəxsi jeton hərbi qulluqçunun tanınma nişanıdır. Bu, hərbçinin üzərində daşıdığı və ona məxsus məlumatların əks olunduğu identifikasiya vasitəsidir. Hər hansı döyüş əməliyyatı, qəza və ya digər fövqəladə hadisə zamanı hərbi qulluqçunun şəxsiyyətinin müəyyən edilməsi üçün istifadə olunur”, – deyə ekspert qeyd edib.

Qanuna edilən digər dəyişikliklərə əsasən, çağırışaqədərki hazırlıq sahəsində hüquqi tənzimləmənin təkmilləşdirilməsi məqsədilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna 9.4-cü maddə əlavə olunub. Yeni maddəyə görə, gənclərin çağırışaqədərki hazırlığının təşkili və həyata keçirilməsi ilə bağlı əsasnamə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir