Kürdəmirdə 19 yaşlı gənc qonşusunun həyətində intihar edib

Cəmiyyət

Kürdəmirdə intihar hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə rayonun Xəlsə kəndində qeydə alınıb. Kənd sakini 2003-cü il təvəllüdlü H.Hacıyev özünü qonşusunun həyətindəki ağacdan asaraq intihar edib.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib.

Yaxınları H.Hacıyevin ruhi xəstə olduğunu bildirirlər.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir