Klopp: “Mo möhkəm oğlandır”

İdman

“Liverpul”un baş məşqçisi Yürgen Klopp “mersisaydlılar” klubunun hücumçusu Məhəmməd Salahın durumu haqda danışıb.

54 yaşlı mütəxəssis misirli futbolçunun möhkəm fiziki keyfiyyətlərə malik olduğunu bildirib.

“Mo (çıxış etdiyi klubda Məhəmməd Salahın qısaldılmış adı – red) – möhkəm oğlandır. Bu məsələdə çox şanslıyıq. O, şişmiş və xəstə görünürdü, lakin bir gün əvvəl vəziyyəti yaxşılaşdı. Mənə xəbər gəldi ki, o, məşq etməyə hazırdır. Görək necə olacaq”.

Qeyd edək ki, sabah, martın 17-də İngiltərə Premyer Liqasının 27-ci turu çərçivəsində “Arsenal” öz meydanında “Liverpul” qəbul edəcək. Oyun Bakı vaxtı ilə 00:15-də başlayacaq.

Mənbə: Sky Sports

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir