Maska tələbi ilə bağlı qərar Ağ Evin mətbuat katibini məyus etdi

Dünya

ABŞ-da Florida ştatının Federal Məhkəməsi ictimai nəqliyyatda maska ​​taxmaq tələbini ləğv edib.

Məhkəmənin qərarından sonra artıq aviaşirkətlər və nəqliyyat agentlikləri maska ​​rejimini saxlayıb-saxlamamaq barədə özləri qərar verəcəklər.

Lakin Ağ Evin mətbuat katibi Cen Psaki qərarı məyusedici adlandırıb.

O xatırladıb ki, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi ictimai nəqliyyatda maska ​​taxmağı tövsiyə edir.

Mənbə: AFP

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir