İmişlidə narkokuryerlik edən iki nəfər saxlanılıb

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Abşeron rayon sakinləri Fuad Səlimov və Anar Süleymanov rayon ərazisində saxlanılıblar.
DİN-nin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, onlardan 8 kiloqram marixuana və 1 kiloqram tiryək aşkarlanıb. Saxlanılan şəxslər sosial şəbəkələrdə tanış olduqları şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşına pul müqabilində narkokuryerlik etdiklərini bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, F.Səlimov və A.Süleymanov barəsində həbs qətimkan təbiri seçilib.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir