Xaçmazda qanunsuz ağac kəsən şəxs barəsində qanunamüvafiq tədbir görülüb

Daxili İşlər Nazirliyi Mətbuat xidməti
Spread the love

Xaçmazda qanunsuz ağac kəsən şəxs barəsində qanunamüvafiq tədbir görülüb.

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri zamanı rayonun Uzunoba kəndi ərazisində qanunsuz ağackəsmə faktı aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan 102info.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin şəxs müəyyən olunub və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək aidiyyəti üzrə göndərilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir