Xersonda sabiq vilayət rəhbəri qaçırılıb

Dünya
Spread the love

Bu səhər Xerson Vilayət Dövlət Administrasiyasının keçmiş rəhbəri Andrey Putilov qaçırılıb.

Bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşşenko özünün “Telegram” kanalında məlumat verib.

“Bir saat əvvəl Xersonda maskalı işğalçılar Xerson VDA-nın keçmiş rəhbəri, VII çağırış Ukrayna Ali Radasının xalq deputatı Putilov Andrey Stanislavoviçi ələ keçirərək naməlum istiqamətə aparıblar”, – deyə Geraşşenko yazıb.

Qeyd edilir ki, Putilov Krımın ilhaqından sonra Xerson vilayəti administrasiyasına rəhbərlik edib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir