Azərbaycanın əməkdar memarına ölkədən çıxış QADAĞASI

Cəmiyyət
Spread the love

Azərbaycanın Əməkdar memarı Afis (Hafiz) Əmirxanovun ölkə hüdudlarından kənara çıxması məhdudlaşdırılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, dövlətə olan vergi borcunu ödəmədiyi üçün məhkəməyə verilib.

Dövlət Vergi Xidmətinin Bakı Kommersiya Məhkəməsində A.Əmirxanova qarşı qaldırdığı iddia təmin olunub.

Məlum olub ki, memarın Dövlət Sosial Müdafiə Fonduna borcu var.

Qeyd edək ki, A.Əmirxanov Əməkdar memar və Prezident təqaüdçüsüdür. O, vaxtilə Memarlar İttifaqının birinci vitse-prezidenti olub.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir