Bakıda 4 avtomobili talayan şəxs saxlanılıb

Kriminal

Sumqayıt şəhəri, Abşeron və Binəqədi rayonlarında 4 avtomobildən pul və mobil telefon oğurlanıb.

DİN-in Mətbuat Xidmətindən Patrul.az-a verilən məlumata görə, Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən Q.Kərimov müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Sumqayıt şəhəri ərazisində başqa bir şəxsə məxsus avtomobilə ziyan vurduğu da müəyyən olunub. Həmin şəxsdən əlavə olaraq narkotik vasitə heroin də aşkar edilərək götürülüb.

Araşdırmalar davam etdirilir.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir