Xarkov meri: “Rusiya ordusu şəhərdəki yaşayış evlərinin 15 faizini məhv edib”

Dünya

Müharibənin davam etdiyi 35 gün ərzində Rusiya ordusu Xarkovda yaşayış evlərinin 15 faizini məhv edib.

Bu barədə Xarkov meri İqor Terexov bildirib.

“Müharibənin 35 günü ərzində Xarkovda 1531 obyekt, o cümlədən 1292 yaşayış evi dağıdılıb. Rusiya ordusu 76 məktəb, 54 uşaq evi, 16 xəstəxananı dağıdıb. 239 inzibati bina xarabalığa çevrilib”, – deyə Xarkov meri qeyd edib.

Mənbə: Pravda.com

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir