Bu rayonlara yağış yağdı, Bakıda küləyin sürəti 21 m/s-yə çatdı

Cəmiyyət

Azərbaycanda müşahidə olunan hava şəraiti əsasən yağmursuz keçsə də, axşam və gecə saatlarında bəzi dağlıq və dağətəyi ərazilərdə qısamüddətli yağıntı qeydə alınıb.

Patrul.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin iyulun 17-si saat 09:00-a olan məlumatına görə, bəzi ərazilərdə şimşək çaxıb və yağış yağıb.

Ən çox yağıntı Gəncədə 11 mm qeydə alınıb. Həmçinin Şəmkir, Sarıbaş (Qax), Balakən və Oğuzda 4 mm, Şəkidə 2 mm, Zaqatala, Şahdağ, Naftalan, Göygöl, Tərtər, Kəlbəcər, Laçın, Qubadlı və Şuşada isə 1 mm yağıntı düşüb.

Məlumata əsasən, iyulun 16-da bəzi bölgələrdə şimal-qərb küləyi güclənib. Küləyin maksimal sürəti Bakı və Abşeron yarımadasında, eləcə də Mingəçevirdə 21 m/s, Gəncədə 20 m/s, Culfada isə 19 m/s təşkil edib.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir