Türkiyənin məşhur sosial media fenomeni saxlanıldı

Dünya

Türkiyənin tanınmış sosial media fenomeni və teleaparıcısı Oğuzhan Uğur saxlanılıb. 

Patrul.az Türkiyə mediasına istinadən xəbər verir ki, məşhur fenomen “Ahbap” dərnəyi ilə bağlı aparılan istintaq çərçivəsində daha 7 nəfərlə birlikdə nəzarətə alınıb.

Aparılan araşdırmaların nəticəsi olaraq, iyulun 12-də keçirilən ilk əməliyyat zamanı “Ahbap” dərnəyinin təsisçisi, müğənni Haluk Levent də daxil olmaqla dərnək üzvləri və əməkdaşlarından ibarət 17 şübhəli şəxs saxlanılıb.

Məlumata görə, 6 fevral 2023-cü ildə Türkiyədə baş verən dağıdıcı zəlzələlər zamanı dövlət qurumlarından kənar ən böyük xeyriyyə kampaniyalarından biriniin rəhbərlik etdiyi “Ahbap” dərnəyi və Oğuzhan Uğurun təsisçisi olduğu “BaBaLa TV” komandası ortaq şəkildə həyata keçirib.

İstanbul Baş Prokurorluğunun koordinasiyası ilə İstanbul Polis İdarəsinin Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsi tərəfindən cinayət işi açılıb. Şübhəlilərə qarşı “cinayət törətmək məqsədilə təşkilat yaratmaq”, “ağırlaşdırıcı dələduzluq” və “cinayət yolu ilə əldə edilmiş aktivlərin yuyulması” maddələri üzrə ittihamlar irəli sürülüb. Maliyyə Cinayətlərini Araşdırma Qurumunun (MASAK) bank hesablarının yoxlanılması, texniki və fiziki müşahidələr əsasında hazırladığı hesabatlar şübhəlilərin rəsmi gəlirləri ilə uyğunsuzluq təşkil edən yüksək məbləğli pul əməliyyatları apardıqlarını üzə çıxarıb.

Prokurorluq və MASAK-ın iddialarına görə, zəlzələdən zərərçəkənlər üçün yığılan xeyriyyə pulları təyinatı üzrə (ev, qida və geyim tədarükünə) xərclənməyib. Araşdırmalar nəticəsində məlum olub ki, dərnəyin hesabına daxil olan çox zəlzələ yardımı Haluk Leventin qardaşı və digər dərnək rəhbərlərinin şəxsi bank hesablarına köçürülüb. İddialara əsasən, həmin şəxslər bu pulları xaricdəki qumar saytlarında mərc oyunlarına yatıraraq itiriblər. Pulların izini gizlətmək üçün isə öz aralarında zəncirvari şəkildə çoxsaylı daşınmaz əmlak alqı-satqısı (çirkli pulların yuyulması) əməliyyatları həyata keçiriblər.

Oğuzhan Uğur zəlzələ dönəmində öz media resurslarının gücü ilə xalqı məhz “Ahbap” dərnəyinə ianə göndərməyə çağırıb və özü də böyük məbləğdə vəsaitlər ötürüb. Hazırda prokurorluq onun bu cinayətkar maliyyə zəncirində sadəcə bir “ötürücü körpü” yoxsa “cinayət ortağı” olduğunu aydınlaşdırmaq məqsədilə barəsində saxlanılma qərarı verib.

İstintaq çərçivəsində dərnək rəhbəri Haluk Levent də daxil olmaqla məhkəməyə sövq edilən 25 nəfərdən 14-ü artıq həbs edilib, qalan şəxslər barəsində isə məhkəmə nəzarəti tədbirləri tərkib olunub. Oğuzhan Uğur və onunla birgə yeni saxlanılan digər 7 şübhəlinin isə iyulun 20-də məhkəməyə çıxarılacağı gözlənilir.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir