Bakıda maşında sıxılı qalan sürücünün xilasedilmə GÖRÜNTÜLƏRİ – VİDEO

Cəmiyyət

Ötən sutka ərzində 31 yanğına çıxış, üç halda köməksiz vəziyyətdə qalma, bir intihara cəhd və iki avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində biri azyaşlı olmaqla səkkiz nəfər, o cümlədən Bakı şəhərinin Suraxanı və Nərimanov rayonlarında baş vermiş avtoqəzalar nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitələrində sıxılı vəziyyətdə qalmış dörd nəfər və Abşeron rayonunun Mehdiabad qəsəbəsində intihara cəhd edən bir nəfər xilas edilib.

Qəza-xilasetmə əməliyyatından olan görüntüləri təqdim edirik:

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir