
ABŞ Prezidenti Donald Tramp ölkəsinin İrana endirdiyi zərbələrin nəticələri barədə danışıb.
Patrul.az xəbər verir ki, Newsmax telekanalına müsahibə verən Tramp ABŞ-nin İranın hərbi infrastrukturuna ciddi zərbə vurduğunu iddia edib.
“Biz onların radarlarının, sursatlarının, buraxılış qurğularının və raket sistemlərinin böyük hissəsini sıradan çıxarmışıq. Dronlarını və raketlərini də məhv etmişik”, – deyə Tramp bildirib.
ABŞ lideri, həmçinin İran üçün strateji əhəmiyyət daşıyan Hörmüz boğazına nəzarət etdiklərini açıqlayıb:
“Onlar problem yarada, müxtəlif təxribatlara əl ata bilərlər. Amma biz buna nəzarət edirik”, – deyə Tramp əlavə edib.
102info.az

