“Həmişə qisas alacağıq” – Putin

Dünya

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Rusiya ərazisinə hücumlarına sərt cavab veriləcəyini bəyan edib.

Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, Putin Ukrayna ordusunun Rusiyanın neft emalı zavodları və yanacaq anbarlarına endirdiyi zərbələrə münasibət bildirib.

O, hücumların müəyyən çətinliklər yaratdığını etiraf etsə də, Rusiyanın enerji sektorunun dayanıqlı olduğunu vurğulayıb:

“Rusiyanın enerji sektorunun təməli möhkəm və çox güclüdür. Ukraynalılar neft məhsulları ilə bağlı bizə bəzi problemlər yaradırlar. Düşünürəm ki, zamanla vəziyyət yaxşılaşacaq”, – deyə Putin bildirib.

“Biz həmişə qisas alacağıq. Hücumlara da eyni şəkildə cavab verəcəyik. Amma cavabımız daha da güclü olacaq. Düşmən bunu indi hiss edir və gələcəkdə daha da çox hiss edəcək”, – deyə o əlavə edib.

Gülbəniz Səfərova

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir