Azərbaycan-İran sərhədində insident: Ölən var

Kriminal

Ötən gecə Azərbaycanın İranla sərhədində insident baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, sərhəd zastavasının müşahidə kamerası vasitəsilə iki nəfər sərhəd pozucusunun İran istiqamətindən beş-altı ədəd bağlama ilə dövlət sərhədini pozması müəyyənləşdirilib. Sərhədçilər tərəfindən dərhal müvafiq tədbirlər görülüb və geri qayıtmağa çalışan sərhəd pozucuları saxlanılıblar. Bu zaman sərhəd pozucuları müqavimət göstərdiklərindən atəş açılıb. Nəticədə onlardan biri öldürülüb, digəri isə saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Araşdırmalar zamanı ölən sərhəd pozucusunun İran vətəndaşı Pəhləvani Beyrək Yaşıl oğlu, saxlanılan şəxsin isə Pirani Behrud Məhəmməd oğlu olduğu müəyyənləşib.

Faktla bağlı araşdırmalar aparılır.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir