Bakıda əhali 4 ayda 11,9 milyard manatdan çox alış-veriş edib

Sosial

2026-cı ilin yanvar-aprel aylarında  pərakəndə ticarət şəbəkəsində əhaliyə 11899,4 milyon manatlıq, o cümlədən 6516,6 milyon manatlıq ərzaq malları, içkilər və tütün məmulatları, 5382,8 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

Patrul.az xəbər verir ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 4,0 faiz, o cümlədən ərzaq malları, içkilər və tütün məmulatları üzrə 1,7 faiz, qeyri-ərzaq malları üzrə 6,9 faiz artıb.

Əvvəlki ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-aprel aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 2,5 faiz, fərdi sahibkarlar, bazar və yarmarkalarda isə 4,9 faiz artıb.

İstehlak məhsullarının 38,8 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 47,8 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,4 faizi isə paytaxtın əmtəə bazarlarında satılıb.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir