
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə hüquq-mühafizə orqanlarının maddi-texniki bazasının gücləndirilməsi, polis-vətəndaş münasibətlərinin inkişaf etdirilməsi və ictimai təhlükəsizliyin təmin olunması istiqamətində həyata keçirilən ardıcıl islahatlar öz müsbət nəticələrini verməkdədir. Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə Daxili İşlər Nazirliyi sistemində aparılan məqsədyönlü fəaliyyət ölkənin bütün bölgələrində olduğu kimi, Abşeron rayonunda da təhlükəsizliyin etibarlı şəkildə qorunmasına mühüm töhfə verir.
Paytaxt Bakı ilə həmsərhəd olan, sürətlə inkişaf edən yaşayış məntəqələri, sənaye müəssisələri və artan əhali sayı ilə seçilən Abşeron rayonu hüquq-mühafizə orqanlarının üzərinə daha böyük məsuliyyət qoyur. Məhz buna görə də Abşeron Rayon Polis İdarəsinin və Abşeron Rayon Dövlət Yol Polisi Şöbəsinin fəaliyyəti rayon sakinlərinin təhlükəsiz həyatının təmin olunmasında xüsusi əhəmiyyət daşıyır.
Abşeron Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Musa Musayev rəhbərlik etdiyi kollektivlə birlikdə rayon ərazisində ictimai asayişin etibarlı qorunması, cinayətkarlığa qarşı qətiyyətli mübarizə, hüquq pozuntularının profilaktikası və vətəndaş müraciətlərinə operativ baxılması istiqamətində fəaliyyət göstərir. Peşəkarlıq, məsuliyyət və qanunun aliliyinə sadiqlik idarənin gündəlik iş prinsipinin əsasını təşkil edir.
İdarənin əməkdaşları gecə-gündüz xidmət apararaq rayon sakinlərinin təhlükəsizliyini təmin edir, hüquq pozuntularının qarşısının alınması üçün profilaktik tədbirlər həyata keçirir, əməliyyat-axtarış fəaliyyətini uğurla davam etdirirlər. Xüsusilə gənclərin zərərli vərdişlərdən uzaq tutulması, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, ailə-məişət zəminində baş verə biləcək hüquq pozuntularının qarşısının alınması və vətəndaşlarla açıq dialoqun qurulması istiqamətində görülən işlər xüsusi diqqət çəkir.
Abşeron Rayon Polis İdarəsində vətəndaş müraciətlərinə həssas yanaşılır, hər bir müraciətin qanun çərçivəsində araşdırılması təmin edilir. Müasir polis anlayışının əsas prinsiplərindən biri olan vətəndaş məmnunluğu burada daim ön planda saxlanılır. Rayon əhalisinin hüquq-mühafizə orqanlarına olan etimadının yüksəldilməsi istiqamətində görülən işlər də öz bəhrəsini verir.
Rayonun təhlükəsizliyinin ayrılmaz hissəsi olan yol hərəkətinin təşkili və nəqliyyat intizamının təmin edilməsi isə Abşeron Rayon Dövlət Yol Polisi Şöbəsinin üzərinə düşür. Şöbəyə polis polkovnik-leytenantı Nəsib Əsədov rəhbərlik edir. Onun rəhbərliyi ilə əməkdaşlar yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin olunması, yol-nəqliyyat hadisələrinin profilaktikası, sürücülər və piyadalar arasında maarifləndirmə işinin gücləndirilməsi istiqamətində ardıcıl fəaliyyət göstərirlər.
Abşeron rayonunun avtomobil yollarında gün ərzində minlərlə nəqliyyat vasitəsinin hərəkət etməsi Dövlət Yol Polisi əməkdaşlarının məsuliyyətini daha da artırır. Onlar yalnız qayda pozuntularının qarşısını almaqla kifayətlənmir, həm də yol hərəkətinin fasiləsiz təşkilini təmin edir, fövqəladə hallarda operativ tədbirlər görür, sürücülərə və vətəndaşlara zəruri kömək göstərirlər.
Yol hərəkəti təhlükəsizliyinin təmin olunması məqsədilə mütəmadi reydlər keçirilir, məktəblərdə və digər təhsil müəssisələrində maarifləndirici görüşlər təşkil olunur, uşaqlara yol hərəkəti qaydaları aşılanır. Bu tədbirlər gələcək nəsildə təhlükəsiz yol mədəniyyətinin formalaşmasına mühüm töhfə verir.
Polis xidmətinin əsasında xalqa xidmət, dövlətə sədaqət və qanuna hörmət prinsipləri dayanır. Abşeron Rayon Polis İdarəsinin və Abşeron Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları da bu prinsiplərə sadiq qalaraq gecə-gündüz xidmət aparır, dövlətçiliyin möhkəmlənməsi, ictimai sabitliyin qorunması və vətəndaşların təhlükəsizliyinin təmin olunması naminə üzərlərinə düşən vəzifələri vicdanla yerinə yetirirlər.
Bu gün Abşeron rayonunda hökm sürən sabitlik, ictimai asayişin etibarlı qorunması, yol hərəkətinin təhlükəsiz təşkili, polis-vətəndaş münasibətlərinin inkişaf etdirilməsi və hüquq qaydalarının təmin olunması hüquq-mühafizə orqanlarının peşəkar fəaliyyətinin nəticəsidir.
Əminliklə demək olar ki, polis polkovniki Musa Musayevin rəhbərlik etdiyi Abşeron Rayon Polis İdarəsi və polis polkovnik-leytenantı Nəsib Əsədovun rəhbərlik etdiyi Abşeron Rayon Dövlət Yol Polisi Şöbəsi bundan sonra da Azərbaycan dövlətçiliyinə sədaqətlə xidmət edəcək, rayon sakinlərinin təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanaraq öz şərəfli missiyasını uğurla davam etdirəcək. Dövlətə sədaqət, xalqa xidmət və qanunun aliliyinə sarsılmaz bağlılıq onların fəaliyyətinin əsas meyarı olaraq qalacaq.
102info.az
