Daxili İşlər Nazirliyinin Polis Akademiyasının kursantları xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş xüsusi fləşmob təşkil ediblər. Vətənə, dövlətçiliyə və Ulu Öndərin zəngin siyasi irsinə sədaqətin ifadəsi olan tədbir böyük maraq və qürur hissi ilə qarşılanıb.
Fləşmob zamanı kursantlar xüsusi düzülüş nümayiş etdirərək “Hər zaman qəlbimizdə…” və “Sonsuzadək izinizdəyik!” kompozisiyalarını təqdim ediblər. Tədbirdə nümayiş olunan səhnələr ümummilli liderin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərinə ehtiramın, onun ideyalarına bağlılığın və dövlətçilik ənənələrinə sədaqətin bariz nümunəsi olub.
Polis Akademiyasının kursantları tərəfindən nümayiş etdirilən intizam, birlik və vətənpərvərlik ruhu tədbirə xüsusi rəng qatıb. Fləşmob iştirakçıları bildiriblər ki, Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolu bu gün də Azərbaycan gəncləri üçün örnəkdir və gələcək nəsillər həmin ideyalara daim sadiq qalacaqlar.
Qeyd edək ki, ölkəmizin hər yerində olduğu kimi, Polis Akademiyasında da Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad olunur, onun dövlətçilik fəlsəfəsinin təbliği istiqamətində silsilə tədbirlər keçirilir.

102info.az
