Daxili İşlər Nazirliyi və ADA Universiteti arasında əməkdaşlığa dair Memorandum imzalanıb

Daxili İşlər Nazirliyi Mətbuat xidməti
Spread the love

Mayın 8-də Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə ADA Universiteti arasında əməkdaşlığa dair Memorandum imzalanıb.

Birgə faydalı əməkdaşlığın inkişaf etdirilməsi məqsədi daşıyan Memorandumu Azərbaycan Respublikası daxili işlər nazirinin müavini Fazil Quliyev və ADA Universitetinin prorektoru Fariz İsmayılzadə imzalayıblar.

Memorandumda tərəflərin tədris proqramları və metodiki vəsaitlərin hazırlanması, seminar, mühazirə, treninq və elmi konfransların təşkili, müasir texnoloji yanaşmaların tətbiqi sahəsində əməkdaşlığı nəzərdə tutulub.

İmzalanma mərasimindən əvvəl keçirilən görüşdə DİN ilə ADA Universiteti arasında əməkdaşlıq perspektivləri və Memorandum çərçivəsində görüləcək işlər də müzakirə olunub.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir