DİN: Məktəblərdə şagirdlərə narkotik təklif edilməsi ilə bağlı iddialar əsassızdır

Daxili İşlər Nazirliyi Mətbuat xidməti
Spread the love

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov məsələ ilə bağlı bildirib ki, sosial şəbəkələrdə ölkə ərazisində məktəblərdə şagirdlərə narkotik vasitə təklif edilməsi ilə bağlı paylaşılan məlumatlar həqiqəti əks etdirmir.

Polis əməkdaşları tərəfindən bu paylaşım tam və hərtərəfli araşdırılıb, müəyyən olunub ki, həmin paylaşım xarici ölkələrdən birinə aid internet resurslarında yayılıb. Buna baxmayaraq, hüquq-mühafizə orqanları hər zaman olduğu kimi, yeniyetmə və gənclərin narkotik vasitələrin təsirinə düşməsinin qarşısını almaq üçün ciddi tədbirlər görməkdə davam edir. Daxili İşlər Nazirliyi vətəndaşları sosial şəbəkələrdə yayılan hər bir informasiyanı dəqiqləşdirmədən paylaşmamağa və yalnız rəsmi mənbələrə etibar etməyə çağırır.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir