Binəqədi polisi narkotiklərin satışı ilə məşğul olan kişi və qadın saxlanılıb

Daxili İşlər Nazirliyi Mətbuat xidməti
Spread the love

Binəqədi rayonunda narkotiklərin satışı ilə məşğul olan kişi və qadın saxlanılıb.

Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları və Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində həyata keçirilən növbəti əməliyyatlar zamanı Biləcəri və ətraf ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Şəmsiyə Manafova və Ramazan Cəfərov saxlanılıb. Onların üzərindən və yaşadıqları ünvanlardan 7 kiloqrama yaxın heroin və marixuana aşkar edilib. Saxlanılan şəxslər narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları İran vətəndaşlarından onlayn yolla satmaq məqsədi ilə əldə etdiklərini və narkokuryerliyə cəlb olunduqlarını bildiriblər
Şəmsiyə Manafova və Ramazan Cəfərov barəsində İdarənin İstintaq Şöbəsində Cinayət işi başlanılıb.
Binəqədi rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir