İsmayıllıda meşə massivində qanunsuz ağac kəsən 8 nəfər müəyyən olunub

Daxili İşlər Nazirliyi Mətbuat xidməti
Spread the love

İsmayıllıda meşə massivində qanunsuz ağac kəsən 8 nəfər müəyyən olunub.


İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə İvanovka və Qalacıq kəndlərindəki meşə massivlərində ağacların naməlum şəxslər tərəfindən qanunsuz kəsilməsi faktları aşkar olunub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan 102info.az-a bildirilib ki, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ilə birgə əraziyə baxış keçirilib və əməli törədən 8 nəfər polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir