Muxtarova İlahə Teymur qızı evdən çıxıb və indiyədək geri qayıtmayıb

Daxili İşlər Nazirliyi Mətbuat xidməti
Spread the love

Lerik rayonunda anadan olmuş hazırda Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi sakini olan 1998-ci il təvəllüdlü Muxtarova İlahə Teymur qızı 07.06.2024-cü il tarixində saat təxminən 05:45 radələrində yaşadığı Südçülük Savxozu ərazisindəki evindən çıxıb və indiyədək geri qayıtmayıb.

İ.Muxtarovanın əlamətləri bunlardır: Boyu 156 sm, arıq bədən quruluşlu, saçları qara, gözləri qəhvəyi rəngindədir. Üzünün sağ hissəsində kəsilmiş yara izi var.

Onun barəsində məlumatı olanlardan Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə, “102” Xidməti Zəng Mərkəzinə, 012-456-03-02 və 055-250-85-05 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir