“Sədərək” Ticarət Mərkəzində yanğın – VİDEO

Cəmiyyət
Spread the love




“Sədərək” Ticarət Mərkəzində yanğın baş verib. 

Oxu.Az xəbər verir ki, yanğınla bağlı məlumat sosial şəbəkələrdə paylaşılıb. İddialara görə, yanğın bu gün səhər saatlarında “Sədərək” Ticarət Mərkəzində yerləşən mebel mağazalarından birinin anbarında başlayıb.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yanğınla bağlı “112” qaynar telefon xəttinə məlumat daxil olub:

“Sədərək” Ticarət Mərkəzində yanğın baş verməsi ilə bağlı daxil olan məlumat əsasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Əlavə məlumat veriləcək”.

Könül Cəfərli

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir