Şəkidə polis əməkdaşları şəhid ailələrini ziyarət ediblər

Daxili İşlər Nazirliyi Mətbuat xidməti
Spread the love

Şəki Şəhər Polis Şöbəsinin əməkdaşları 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ailələrini ziyarət ediblər. Şəhidlərin ailə üzvləri ilə görüşən asayiş keşikçiləri onların qayğıları ilə maraqlanıb, gətirdikləri bayram sovqatlarını təqdim ediblər.
Ziyarət zamanı şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın igidlik və şücaətindən danışılıb, onların fədakarlıqlarının qəlblərdə əbədi yaşayacağı qeyd olunub. Şəhidlərimizin vətənə əmanət qalan övladlarını təbrik edən polis əməkdaşları gətirdikləri bayram hədiyyələri ilə onları sevindiriblər.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir