kiberdələduzluq hallarına qarşı əhali arasında maarifləndirmə işi gücləndirilib

Daxili İşlər Nazirliyi Mətbuat xidməti
Spread the love

Kibercinayətlərin çoxalması və bu üsulla zərər çəkən vətəndaşların sayının artması nəzərə alınaraq kiberdələduzluq hallarına qarşı əhali arasında maarifləndirmə işi gücləndirilib. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan 102info.az-a verilən məlumata görə, bu çərçivədə Yardımlı Rayon Polis Şöbəsinin post patrul xidməti və yol patrul xidməti əməkdaşları tərəfindən sakinlərə bu mövzuda təhlükəsizlik tədbirlərinin əks olunduğu bildirişlər paylanılıb. Bir daha izah edilib ki, heç bir halda bank və digər şəxsi məlumatlar qarşı tərəfə ötürülməməli, kiberdələduzların qurbanı olmamaq üçün tanımadıqları şəxslərdən gələn mesaj və bildirişlər açılmamalıdır.Daxili İşlər Nazirliyi vətəndaşları ayıq-sayıq olmağa, bu kimi detalları diqqətdə saxlamağa çağırır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir