Çempionlar Liqasında ikinci istefa: Darmadağını həzm etməyib, baş məşqçini çıxardılar

Dünya
Spread the love

Almaniyanın “Leypziq” klubunun baş məşqçisi Dominika Tedesko vəzifəsindən azad edilib.

Belə ki, “Leypziq”in ötən gün Çempionlar Liqasının qrup mərhələsində evdə “Şaxtyor”a 1:4 hesabı uduzması rəhbərliyin səbir kasasını daşırıb.

36 yaşlı mütəxəssislə birlikdə onun köməkçiləri Andreas Hinkel və Maks Urvançiki də “Leypziq”dən göndəriblər.

İkili vətəndaşlığı olan (Almaniya və İtaliya) Tedesko 2021-ci ilin dekabrından Almaniya klubunu çalışdırırdı.

Qeyd edək ki, bu gün “Çelsi” klubu da oxşar addım atıb. Çempionlar Liqasının qrup mərhələsində “Dinamo”ya (Zaqreb, Xorvatiya) 1:0 hesabı ilə uduzduqdan sonra komandanın baş məşqçisi Tomas Tuxel istefaya göndərilib.

Mənbə: “Leypziq” klubunun rəsmi “Twitter” səhifəsi

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir