
Moskvada sürücünün möcüzəvi şəkidə sağ qalması ilə nəticələnən dəhşətli qəza baş verib.
Patrul.az Rusiya mediasına istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Varşava şossesində qeydə alınıb.
Belə ki, hərəkətdə olan uzunölçülü yük maşınının qoşqusunun bərkidiciləri qırılıb. Nəticədə tonlarla çəkisi olan nəhəng dəmir borular qəfildən yola dağılaraq eyni istiqamətdə hərəkət edən “Yandex” taksi avtomobilinin və daha bir taksinin üzərinə aşıb.
Hadisə nəticəsində ağır dəmir borular taksi avtomobilinin damını tamamilə əzərək salonu deşib keçib. Buna baxmayaraq, sürücü saniyələr fərqi ilə ölümcül zərbədən yayına bilib və yüngül xəsarətlərlə sağ qalıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə sürücünün tamamilə əzilmiş avtomobildən öz gücü ilə çıxdığı əks olunub.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Gülbəniz Səfərova
102info.az
