Salyan gəncləri üçün “Ünsiyyət bacarıqları” adlı
təlim keçirilib

Sosial

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Salyan nümayəndəliyində “İnkişafa mərkəzdən başla!” layihəsi çərçivəsində “Ünsiyyət bacarıqları” adlı təlim keçirilib.
Beynəlxalq təlimçi Aynur Tağıyeva gənclərə “Ünsiyyətin növləri və
funksiyaları”, “Ünsiyyət informasiya mübadiləsi kimi”, “Verbal və
qeyri-verbal kommunikasiya”, “Psixoloji məsafənin zonaları”,“Ünsiyyət qarşılıqlı təsir kimi”, “Ünsiyyət insanın bir-birini qavraması və anlaması kimi”, “Fiziki və sosial sima”, “Oreol və Yenilik effekti”,
“Ünsiyyətin tərzləri”, “Ünsiyyət çətinlikləri və onların aradan
qaldırılması”, “İnamlı ünsiyyət” və “Ünsiyyətdə empatiya” mövzuları
haqqında məlumat verib.
İnteraktiv keçən təlimdə gənclər inadlı, passiv və aqressiv ünsiyyət
haqqında komanda işi edib. Komanda işində gənclər müxtəlif situasiyalara ünsiyyətin tərzlərini yansıdaraq təqdimat hazırlayıb və səhnələşdiriblər. Sonda təqdimatlar haqqında fikir mübadiləsi aparılıb və gənclər təlim haqqında fikirlərini bölüşüblər.
Layihənin məqsədi region gənclərinin şəxsi inkişafına töhfə
verməkdir.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir