“Zara”nın reklamı Türkiyədə narazılığa səbəb oldu

Dünya

Zara brendinin Almaniyadakı yeni reklamı “Twitter”in Türkiyə seqmentində ciddi narazılığa səbəb olub.

Türkiyə sakinləri ispan brendinin reklamında çörəyin ayaqqabı üçün dayaq kimi istifadə edilməsindən hiddətləniblər.

#zarahaddinibil heşteqi “Twitter”də getdikcə populyarlaşır.

“Uşaqlıqda yolda çörəyi görəndə deyirdilər ki, bu nemətdir, insanlar ayağını basmasın deyə ya yuxarı qoyaq. Bu iyrənc reklamdır. Hər şeydən üstün olmalı olan çörək tapdalanır. Ayıbdır”,- istifadəçilərdən biri yazıb.

“Çörək zəhməti, ədaləti, birliyi simvolizə edir. Hansısa ölkədə insanların çörəyə ehtiyacı var, hansısa qlobal şirkət isə reklam üçün çörəyi ayaq altına atır. Bizim dəyərlərimiz daha necə alt-üst olacaq?”, – digər istifadəçi etiraz edir.

“Twitter” istifadəçiləri brendi çörəyə edilən təhqirə görə üzr istəməyə çağırır.

Mənbə: gazeta.ru

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir