Yerevanda Paşinyanın istefası tələbi ilə iki yürüş keçirilib – VİDEO

Dünya
Spread the love

İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə iki yürüş keçirilib.

Aksiyalardan biri Şenqavit inzibati rayonunda başlayıb. Nümayişçilərə “Ermənistan” müxalifət fraksiyasından parlamentin vitse-spikeri İşxan Saqatelyan başçılıq edib.

Paytaxtın mərkəzindəki Azadlıq meydanından başlayan ikinci yürüşə isə müxalifətin “Şərəfim var” fraksiyasının lideri, Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan rəhbərlik edib.

Şəhər polisindən verilən məlumata görə, hər iki aksiyanın iştirakçıları arasından ümumilikdə 52 nəfər saxlanılıb.

Mənbə: “RİA Novosti”

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir