ABŞ Müdafiə Nazirliyi Almaniyanın Ştutqart şəhərində, ABŞ-ın Avropa Komandanlığının məsuliyyət zonasında tədarüklərin çatdırılmasının koordinasiyası və Ukraynaya hərbi yardımın optimallaşdırılması üçün idarəetmə mərkəzi (ECCU) yaradıb.
Bu barədə jurnalistlərə ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli nümayəndəsi bildirib.
Dövlət rəsmisi qeyd edib ki, ECCU mərkəzi ABŞ-ın Avropa Komandanlığının Ştutqartdakı qərargahında yerləşir və ona ikiulduzlu Amerika hərbi generalı rəhbərlik edir.
“Bu mərkəz Britaniya generalı tərəfindən idarə olunan Beynəlxalq Donor Koordinasiya Mərkəzi və ya IDCC ilə sıx əməkdaşlıq edir”, – deyə o əlavə edib.
“İdarəetmə mərkəzi bu təhlükəsizlik sisteminin səylərini dəstəkləmək üçün yaradılıb”, – deyə rəsmi nümayəndə əlavə edib.
Onun sözlərinə görə, İdarəetmə Mərkəzinə ABŞ personalı ilə yanaşı, 15 başqa ölkədən də işçilər daxildir.
Mənbə: “Ukrainskya pravda”
www.102info.az
