Amerikalı aktyor Gilbert Qottfrid 68 yaşında vəfat edib.
Bu barədə sənətçinin ailəsi rəsmi “Twitter” səhifəsində məlumat verib.
Onun uzun sürən xəstəlikdən sonra vəfat etdiyi bildirilib.
Qottfrid komediya ustası idi. O, “Problem Child”, “Beverly Hills Cop-2” kimi filmlərdə rol alıb.
Sənətçi həm də stendap-komik və dublyaj aktyoru kimi tanınırdı. Xüsusilə, “Disney” şirkətinin istehsalı olan “Ələddin” cizgi filmlərində tutuquşu “Yaqo”nu səsləndirib.
www.102info.az
