ABŞ-ın Viktorvil şəhərində (Kaliforniya) ticarət mərkəzində atışma baş verib. Hadisə nəticəsində doqquz yaşlı uşaq yaralanıb.
Polisin məlumatına görə, qız xəstəxanaya çatdırılıb və vəziyyəti stabildir.
Atəş açan şəxsin axtarışına başlanılıb.
Ticarət mərkəzinin işi dayandırılıb, ziyarətçilər təxliyə ediliblər.
www.102info.az
