Rusiyaya məxsus tanker Yunanıstanda saxlanılıb

Dünya

Yunanıstanda Avropa İttifaqının sanksiyalarının tətbiqi ilə əlaqədar Rusiyanın “Pegas” tankeri saxlanılıb. Bununla bağlı yayılan məlumatda gəminin göyərtəsində 19 rusiyalı dənizçinin olduğu deyilir.

Gəminin Evbey adası yaxınlığındakı Karistos körfəzində saxlandığı qeyd edilir. Hazırda “Pegas”ın liman rəhbərliyinin qərarı ilə Karistos körfəzində lövbər saldığı qeyd edilir.

Bu qərar Aİ və NATO-nun Rusiya Federasiyasının maraqlarını təmsil edən gəmilərə qarşı elan etdiyi sanksiyaların icrası ilə əlaqədar Yunanıstanın Çirkli Pulların Yuyulmasına qarşı Mübarizə İdarəsi tərəfindən qəbul edilib.

Mənbə: mk.ru

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir