UEFA Avrokubokların reqlamentini dəyişdi

İdman

Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) İcraiyyə Komitəsi Rusiya və Ukrayna komandalarına görə Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının reqlamentinə dəyişiklik edilməsi barədə qərar qəbul edib.

UEFA turnirlərdə iştirak edən klublara müqaviləsi dayandırılmış Rusiya və ya Ukrayna çempionatlarından iki futbolçunun qeydiyyatdan keçməsinə icazə verib. Qeyd olunur ki, komandalar 2022-ci il aprelin 1-dək əlavə oyunçuları qeydiyyatdan keçirə bilərlər.

Avropa yarışlarına qatılmaq üçün oyunçu milli assosiasiyada klub oyunçusu kimi qeydiyyatdan keçməlidir.

Xatırladaq ki, fevralın 28-də FİFA və UEFA Rusiya klublarının yarışda iştirakını dayandırıb. Martın 7-də isə Beynəlxalq Futbol Federasiyası (FİFA) Rusiya Premyer Liqasının legionerlərinə müqavilələri birtərəfli qaydada dayandırmağa icazə verib.

Mənbə: TASS

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir