Tanınmış jurnalist REAL FM radiosuna direktor təyin olunub

Cəmiyyət

Tanınmış jurnalist Kəmalə Onur REAL FM radiosuna direktor təyin olunub.

“102info.az”un xəbərinə görə, bu barədə o, özünün “Facebook” səhifəsində məlumat paylaşıb.

K.Onur qeyd edib ki, ən yaxın zamanda yayıma başlayacaq REAL FM-in direktoru vəzifəsinə təyin edilib: “Həmçinin artıq gələn həftədən etibarən REAL TV-də “Redaktor” verilişinin aparıcısı olaraq efirə çıxacağam”.

Qeyd edək ki, tanınmış aparıcı bundan əvvəl Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin baş mütəxəssisi vəzifəsində işləyib.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir