“Qarabağ” heç vaxt uduzmadığı rəqibinə qarşı

İdman

Bu gün Azərbaycan Premyer Liqasında XIX tura start veriləcək.

102info.az xəbər verir ki, turun ilk günündə iki matç baş tutacaq.

İlk görüşdə autsayderlər zonasında olan komandalardan “Səbail” və “Keşlə” üz-üzə gələcək.

Günə liderin qarşılaşması ilə yekun vurulacaq. 9 oyundur uduzmayan “Qarabağ” heç vaxt məğlub olmadığı “Sabah”ın qonağı olacaq.

Azərbaycan Premyer Liqası
XIX tur
12 mart

16:45 “Səbail” – “Keşlə”

“ASCO Arena”

19:00 “Sabah” – “Qarabağ”

“Bank Respublika Arena”

Qeyd edək ki, tura sabah baş tutacaq “Neftçi” – “Sumqayıt” və “Qəbələ” – “Zirə” görüşləri ilə yekun vurulacaq.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir