Eriksen Danimarka millisinə qayıtdı

İdman

Ötən il Avropa çempionatı matçında ürək tutması nəticəsində huşunu itirən Danimarka milli futbol komandasının yarımmüdafiəçisi Kristian Eriksen yenidən seçmə komandaya çağırılıb.

Martın 26-da Niderland ilə səfərdə, 29-da isə Serbiya ilə evdə keçiriləcək yoldaşlıq oyunlarına hazırlaşmaq üçün ümumilikdə 23 futbolçu komandaya cəlb olunub.

Qeyd edək ki, Danimarka millisi bu oyunlara İspaniyada hazırlaşacaq.

Mənbə: “İnterfaks”

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir