Bakıda 19 yaşlı gənc kafedə bıçaqlanıb

Kriminal

Bakıda bıçaqlanma hadisəsi baş verib.

“102info.az” xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. Balaxanı qəsəbəsində fəaliyyət göstərən kafelərin birində gənclər arasında dava zamanı 2003-cü il təvəllüdlü İsazadə İlham Ruslan oğlu bıçaq xəsarəti alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun bədənində 2 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir