Ərdoğan Zelenski ilə telefonla danışıb

Dünya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı baş tutub.

Görüşdə Rusiya-Ukrayna arasındakı hərbi toqquşmalara dair son vəziyyət və danışıqlar prosesi müzakirə olunub.

Prezident Ərdoğan NATO liderlərinin zirvə görüşündə Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha vurğulayaraq, Türkiyənin Ukraynaya əlindən gələn köməyi həyata keçirdiyini xatırladıb.

Mənbə: Haber Global

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir