Ərdoğan: “Zelenski və Putinlə təmaslarımı davam etdirirəm”

Dünya

“Zelenski və Putinlə təmaslarımı davam etdirirəm. Şərtlərin çətinliyindən xəbərdarıq, ancaq diplomatiyanı yeganə çıxış yolu kimi görən səmimi təşəbbüslərimizi davam etdirəcəyik”.

Bu fikirləri Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan ölkəyə səfərdə olan Niderlandın Baş naziri Mark Rutte ilə birgə mətbuat konfransında bəyan edib.

“Biz Türkiyə olaraq Ukrayna böhranı başlayandan bəri qəti mövqe tutmuşuq. Biz sağlam düşüncəyə çağırdıq. Təəssüf ki, Ukraynada humanitar faciə genişlənməkdə davam edir. Bu tendensiyaya son qoymaq üçün sıx diplomatik səyləri davam etdiririk. Xarici işlər nazirimiz Lvovda həmkarları ilə görüşüb. O, atəşkəs və sülh yolunda əlimizdən gələni edəcəyimizi vurğuyıb”, – deyə dövlət başçısı bildirib.

Öz növbəsində Nidrland baş naziri Mark Rutte də həm Ukrayna, həm də Rusiya ilə dialoq aparmağa qadir olan Türkiyəni tam şəkildə dəstəklədiklərini qeyd edib.

Mənbə: TRT

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir