Tiktoker Arzum məhkəmə zalında həbs edildi

Kriminal

Tiktoker İlduzə Hacıyevanın (Arzum) cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Patrul.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Xəzər Rayon Məhkəməsində keçirilən sonuncu iclasda əvvəlcə vəkillər müdafiə çıxışı edib.

Arzum isə son söz deyib: “İlk gündən özümü təqsirli bilmirəm. Kimsə yüksək sürətlə yanımdan keçib qəza edəcəksə, mən niyə təqsirli olmalıyam? 6 aydır səbəbsiz yerə uşaqlarıma həsrət qalmışam. Məhkəməyə inanıram, ədalətli hökm çıxarılacağına ümid edirəm”.

Daha sonra hökm elan edilib. Məhkəmə xanım müttəhimi ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə və hadisə yerini tərk etməkdə təqsirli hesab edib.

Hökmə əsasən, Arzum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmək şərti ilə 5 il 2 ay azadlıqdan məhrum edilib. Tiktoker məhkəmə zalında həbs edilib.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir