Sabirabadda faciə: Yolu keçən piyadanı “Mercedes” vuraraq öldürdü

Hadisə

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Patrul.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin M.S. Ordubadi küçəsində qeydə alınıb.

Belə ki, şəhər sakini, 1985-ci il təvəllüdlü Əsgərov Amid Gülxan oğlu yolu keçən zaman “Mercedes” markalı avtomobil onu vurub.

Piyada aldığı ağır bədən xəsarətləri nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir