Binəqədidə idman zalından pul və saat oğurlayanlar saxlanıldılar

Kriminal

Binəqədi rayonunda yerləşən idman zallarından birinin paltardəyişmə otağından içərisində 1500 manat nağd pul, 5000 manat dəyərində qol saatı və bank kartları olan pul kisəsi oğurlanıb.

DİN-in Mətbuat Xidmətindən Patrul.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 24 yaşlı M.Mustafayev və T.Orucov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir